Eminquey Akif - Şair, yazıçı, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bakı Neft Energetika Kolleci və Bakı Slavyan Universitetinin məzunudur. "Günəbaxan" və "Susdum" kitablarının müəllifidir. 2 fevral 2022-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" seçilib. Prezident təqaüdçüsüdür.

"Keçən gün" adlı müharibə mövzulu şeiri "ÜNS” Yaradıcılıq Mərkəzində keçirilən MAP beynəlxalq teatr festivalında YUĞ teatrının "Dəli yığıncağı" tamaşasında oynanılıb. Tamaşada həmçinin, Ramiz Rövşənin, Həmid Herisçinin, Bahar Zamanının, Elvin Paşanın da şeirləri səsləndirilib. (İZLƏ)

Bir neçə şeiri rus dili və Türkiyə türkcəsinə çevrilib.

2020-ci ildə Səhnə Teatrının "Bir dəfə Qarabağda" adlı etno-müzikl tamaşasının musiqilərinin söz müəllifidir. (İZLƏ

2015-ci ildən "Modern.az", "Teleqraf.com", "Adalet.az", "Kulis.az" kimi mətbu orqanlarda köşə yazıları, reportaj, müsahibələrlə çıxış edib.

2020-ci ildə dahi şairimiz Hüseyn Cavidə həsr olunmuş "Mədəniyyətimizin sürgünü" adlı yazısı mükafata layiq görülüb.

2022-ci ildə "Daşaltı Cıdırın ətəyində namaz qılır" adlı (Şuşadan reportaj) yazısı ilə "Ən yaxşı reportaj" nominasiyasının qalibi olub. (OXU

2024-cü ildə "Vaqif Səmədoğlu 85" şeir müsabiqəsində III yeri tutub. 

Şeirləri Xalq artisti Eldost Bayram, Əməkdar artist Gülər Nəbiyeva, Güşvər Şərifova, aktyor, bədii qiraət ustası Kamran M. Yunis, gənc aktrisa Aygün Fətullayeva,  aktyor Kamran Ağabalayev, rejissor-aktyor Hikmət Rəhimov, aktyor Elşən Əsgərov, qiraəçi Müşfiqə Baləddinqızı və s. aktyor və qiraətçilər tərəfindən səsləndirilib. 

Söz: Eminquey 
Bəstəkar: Murad Zeynəlabidin

Bənd 1:

Yarım çox uzaqlarda, 
dondum bu sazaqlarda, 
Cismim görünür burda, 
Yarına qaçır ruhum.
Cismim görünür burda, 
Yarına qaçır ruhum.

Nəqarət:

Qarşında əliboşdu, 
Xoşdu, nə desən xoşdu, 
Sorma niyə sərxoşdu?! 
Eşqindən içir ruhum. 
Eşqindən içir ruhum.  

Bənd 2:

Yalqızdı bu dünyada, 
Əl üzdü bu dünyadan, 
görsə səni röyada, 
qolların açır ruhum,
görsə səni röyada, 
qolların açır ruhum.  

Nəqarət:

Qarşında əliboşdu, 
Xoşdu, nə desən xoşdu, 
Sorma niyə sərxoşdu?! 
Eşqindən içir ruhum. 
Eşqindən içir ruhum.  


Söz: Eminquey Akif 
Bəstəkar: Adil Rəkidi

Bənd 1:

Sən könlümə dərman, könlüm sənə xəstə,
Ya gəl bəri söylə, ya ölməmi istə,
Ya canımı istə bu gözlərim üstə,
Ömrüm sənin olsun, gülsən mənə, gülsən.

Nəqarət:

Sən bir yol, əzizim,
Gülsən mənə, gülsən.
Mən min yol, əzizim,
Gəlsəm sənə, gəlsəm.
Sən bir yol, əzizim,
Gülsən mənə, gülsən.
Mən min yol, əzizim,
Gəlsəm sənə, gəlsəm.


Bənd 2:

Bir gün ətəyindən, sən daşları töksən,
Daşlardan əzizim, mən bir yuva tiksəm,
Ömrüm boyu hər gün hər nazını çəksəm,
Sən qiyməti versən, sən qədrimi bilsən.

Nəqarət:

Sən bir yol, əzizim,
Gülsən mənə, gülsən.
Mən min yol, əzizim,
Gəlsəm sənə, gəlsəm.
Sən bir yol, əzizim,
Gülsən mənə, gülsən.
Mən min yol, əzizim,
Gəlsəm sənə, gəlsəm.
Əlaqə

+99470 238 66 38

[email protected]