Opera Studiyasında İlkin Dövlətovdan möhtəşəm musiqi gecəsi – “Bir Cavan” tizeri təqdim olundu

Bu barədə SUMTV-yə layihənin yaradıcı heyəti tərəfindən məlumat verilib.

Mayın 9-da Opera Studiyasında keçirilən möhtəşəm musiqi gecəsi tamaşaçılara unudulmaz anlar yaşadıb. Gənc ifaçı İlkin Dövlətov səhnə performansı, emosional ifaları və yüksək enerjisi ilə gecəyə xüsusi ab-hava qatıb.

Konsert boyunca tamaşaçıların sürəkli alqışları, səhnədə yaşanan duyğusal anlar və peşəkar musiqi proqramı tədbiri yadda qalan gecələrdən birinə çevirib. Tədbir çərçivəsində rəsmi “Bir Cavan” tizeri də təqdim olunub.

Təşkilatçılar bildiriblər ki, təqdim olunan tizer həmin gecənin emosional atmosferini və səhnə həyəcanını tamaşaçılarla yenidən bölüşmək məqsədi daşıyır. Eyni zamanda layihənin yaxın zamanda daha geniş və təsirli təqdimatlarla davam etdiriləcəyi vurğulanıb.

Layihənin ərsəyə gəlməsində “Safarli Production” yaradıcı heyəti – Adil Rəkidi, Rabil Səfərli, Eminquey Akif və Elvin Hümbətov xüsusi rol oynayıb. Konsert proqramında “Vətən” rəqs qrupu və “Ramil Amarok” group rəqs performansları ilə çıxış ediblər.

Musiqi hissəsində isə “Flame” band, Talo & Orxan, “Nəva” muğam qrupu, Elvin Fəttayev və Elşən Qəriboğlu səhnə alaraq gecəyə rəng qatublar.

Çəkiliş işləri “S/A” group tərəfindən həyata keçirilib. Layihənin fotoqrafı kimi Vüsal Mürsəlov fəaliyyət göstərib.

Bundan əlavə, qrim üzrə Vüsalə Mustafayeva, səs üzrə Xəyyam Sultanov, işıq üzrə Fərid Dünyamalıyev layihənin peşəkar şəkildə ərsəyə gəlməsinə töhfə veriblər. Tədbirin qida dəstəyi isə “Nurfood” tərəfindən təmin olunub.

Layihəyə informasiya dəstəyi İctimai TV, ARB TV, Mədəniyyət TV, ATV və MTV tərəfindən göstərilib.

“1CAONE” by Rabil Safarly imzasını daşıyan layihə komandası gələcəkdə daha böyük və yaddaqalan səhnə işləri ilə tamaşaçıların qarşısına çıxacaqlarını bildirib.

Əlaqə

+99470 238 66 38

[email protected]